Açıq Kataloq Proyektində Redaktor ol

Redaktə etmək bütün dünyada bir neçə min insan üçün əyləncə və maraqlı fəaliyyətdir. Redaktor olmaq komandanın bir üzvü kimi çalışmaq, kataloqlara URL-ləri əlavə etmək, saytları məntiqi kateqoriya strukturu çərçivəsində təşkil etmək, və saytların bu təşkilinin redaktə qaydalarına cavab verməsini təmin etməkdən ibarətdir. Siz üzv olmaq üçün müraciət etməzdən əvvəl, lütfən aşağıdakı tövsiyyələri oxuyun.

Aplikasiya barəsində məlumat və tövsiyyələr

Ümumi məlumat
  • Siz saytınızın kataloqumuzda qeydə alınması naminə redaktor olmalı deyilsiniz. Saytınızı təqdim etmək üçün bizim təqdim etmə qaydaları səhifəmizə baş çəkin.
  • Başlanğıc üçün kiçik, zəif inkişaf etmiş kateqoriyaya müraciət etsəniz, sizin təsdiq olunaraq redaktor olmaq şansınız daha çox olar (əsasən 100-dən az saytı olan kateqoriyalar).). 
  • Əgər siz artıq redaktorsunuzsa, bura müraciət etməyin, Yeni Kateqoriya Xahişi Formasından istifadə edin. Əgər siz parolunuzu unutmuşsunuzsa, onda siz onun sizə göndərilməsini xahiş edə bilərsiniz. Redaktor birdən artıq hesaba malik ola bilməz. Birdən artıq hesaba malik olmaq kataloqdan çıxarılmaq üçün əsas verir.
  • Redaktor hesabı bir ay boyunca hesaba daxil olunmadığı təqdirdə, və ya dörd ardıcıl ay boyunca heç bir redaktə həyata keçirilmədikdə ləğv olunur. Əgər siz hesabınızın vaxtının keçdiyini düşünürsünüzsə, lutfən, aşağıdakı blankı doldurun. Əgər siz hesabı de-aktivasiya edilmiş və ya ləğv olunmuş keçmiş redaktorsunuzsa, yeni aplikasiya doldurmayın. Əvəzində bu blankı doldurun.
Aplikasiya blankını doldurmaq
  • Sizin aplikasiyanız tam olmalıdır.
  • Sizin aplikasiyanız bundan sonra necə redaktor olacağınıza dəlalət edir. Hərf və qrammatik səhvlərlə dolu pis yazılmış aplikasiya, və/və ya hər-hansı veb-saytın reklam edilməsinə yönəlmiş aplikasiyalar çox güman ki təsdiq olunmayacaqlar.
  • Sizdən aplikasiyanıza nümunə üçün 3 URL əlavə etməyiniz xahiş olunacaqdır. Təklif etdiyiniz saytlar sizin redaktor olmaq istədiyiniz kateqoriyaya müvafiq olmalıdırlar edit. 
  • Aplikasiyanızda 3 nümunə üçün URL (veb sayt) verməklə siz bildirirsinizki siz
    • kateqoriyada göstərilən saytları necə dəyərləndirirsiniz
    • sizin keyfiyyətli saytlar seçmək bacarığlnız və
    • sizin yaxşı və yararlı təsvirlər vermək bacarığınız
  • Açıq Kataloqun redaktə qaydaları sizə Açıq Kataloqda saytların seçilməsi, dəyərləndirilməsi, təsviri və təşkili barədə sizə məlumat verəcək.
  • World/ kateqoriyasından kənarda olan kateqoriyaların məzmunu ingiliscə olmalı və ingiliscə təsvir olunmalıdırlar. İngilis dilindən savayı dillərdə olan saytlar müvafiq World/[Dil] kateqoriyasına aiddir və müvafiq dildə təsvir olunmalıdır.
  • Əgər siz vebmastersinizsə və ya hər-hansı saytla əlaqədarsınızsa, lütfən, bunu öz aplikasiyanızda açıqlayın.
  • Biz Açıq Kataloq Proyektini İnternet istifadəçiləri üçün doğrucul və qərəzsiz resurs etmək üçün çalışırıq. Açıq Kataloq Proyekti veb saytlarını reklam və ya haqsız olaraq irəli çəkmək üçün deyildir. İlk növbədə öz və ya müştərilərinin saytlarını irəli çəkmək istəyən, və/və ya kataloqlarda manipulyasiya aparmaqla öz rəqiblərinə qarşı ayrıseçkiliyə yol verən redaktorların üzvlüyünə xəbərdarlıqsız xitam verilə bilər.
Aplikasiyanın Xülasəsi
  • Sizin aplikasiyanıza bir və ya bir neçə Açıq Kataloqun məsul redaktorları baxacaqlar və sizin təqdim etdiyiniz cavablar əsasında aplikasiyanızı dəyərləndirəcəklər. Heç bir aplikasiya eyni olmadığından qəbul ediləcək aplikasiyalar üçün sehirli formul yoxdur. Hər bir aplikasiya individual olaraq qiymətləndirilir. Biz kataloq və onlayn cəmiyyətimizə xeyirli ola biləcək insanları qəbul etmək üçün əlimizdən gələni edirik, ancaq biz bütün aplikasiyaları qəbul etmirik. Siz aplikasiyanızın rədd edildiyi halda yenidən müraciət edə bilərsiniz.
Redaktor aplikasiya blankını doldurmaq üçün aşağıdakı "Davam et" düyməsinə bas.